15 mart 2026 23:10
109

Dəm qazı can aldı

Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır.