BƏƏ-də yerləşən Füceyra terminalına edilən hücum zamanı Hindistan bayrağı altında üzən neft tankeri zərər görməyib və hazırda neft yükü ilə Hindistana doğru hərəkət edir.
“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi mətbuat açıqlamasında məlumat yayıb.
“Gəmi Füceyranı təhlükəsiz şəkildə tərk edib və Hindistana doğru yola düşüb. Tanker və onun göyərtəsində olan bütün hindistanlı dənizçilər təhlükəsizlikdədir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Nazirliyin məlumatına görə, hücum tanker liman terminalında neft yükləyərkən baş verib. Buna baxmayaraq, gəmiyə hər hansı zərər dəyməyib.