16 mart 2026 11:18
103

İsrail ordusu Livanın cənubunda yeni əməliyyata başlayıb

İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasına qarşı mübarizə məqsədilə Livanın cənubunda məhdud hərbi əməliyyat keçirdiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında bildirilib.

"İsrail Müdafiə Ordusunun qoşunları Livanın cənubunda "Hizbullah"ın məntəqələrinə qarşı məhdud və məqsədyönlü quru əməliyyatlarına başlayıb", - məlumatda qeyd olunub.

Mətbuat xidmətindən bildirilib ki, əməliyyat Livanın cənub bölgəsində fəaliyyət göstərən qruplaşmanın infrastrukturunun məhv edilməsi üzrə tədbirlərin bir hissəsidir.