Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U23 Avropa çempionatı sona yaxınlaşır.
“İki sahil” xəbər verir ki, yarışın 6-cı günündə iki yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Fərid Sadıxlı (55 kq) finalda rusiyalı Alibek Amirova sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub və gümüş medalı boynundan asıb. İlkin Qurbanov (63 kq) təsəlliverici görüşdə fransalı Lukas Qrassoya 4:2, bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Rati Xozrevanidzeyə “tuş”la qalib gələrək Avropa üçüncüsü olub.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib