Kolumbiyalı müğənni və bloqçu Zalek 30 yaşında vəfat etdi. Sənətçi motosiklet qəzasına düşüb və xəsarətləri ağır olub.
“İki sahil” xəbər verir ki, bu barədə onun meneceri İnstaqramda məlumat verib.

Qəza 10 martda Medelində baş verib. Məlumata görə, müğənni motosikletindən yıxıldıqdan sonra başını səkiyə dəyib.
Zalek Barrankilyada anadan olub və şəhər janrında populyarlıq qazanıb. Onun məşhur mahnılarından biri "Party Coquette"dir və "Ay Amor" mahnısının klipi YouTube-da 10 milyon baxış toplayıb.