Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) Aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.
“İki sahil” “Report”a istinadla xəbər verir ki, bu vəzifəyə Cəmşid Əmirov təyin edilib.
O, bundan əvvəl “MİDA” MMC-nin direktor müavini kimi çalışıb, Aparat rəhbəri postunda Fərman Qurbanlını əvəzləyib.