16 mart 2026 14:13
94

Xəzər dənizində daha bir zəlzələ olub

Bu gün Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 13:18-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.

Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.