16 mart 2026 21:16
121

HƏMAS və Sülh Şurasının nümayəndələri arasında ilk görüş baş tutub

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının nümayəndələri Qahirədə HƏMAS hərəkatının təmsilçiləri ilə görüşüblər. Tərəflər Qəzzada əldə edilmiş atəşkəs rejiminin davam etdirilməsi yollarını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bunu “Reuters” agentliyi məlumatlı mənbələrə istinadla bildirib.

Qeyd olunub ki, bu, müharibə başlanandan bəri HƏMAS-la Sülh Şurası arasında baş tutan ilk görüşdür. Bundan əvvəl İsrail yaxın günlərdə Qəzza ilə Misir arasındakı Rafah keçidini açacağını bildirib.