“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
“İki sahil” xəbər verir ki, bu gün Xocavənd kəndi 11 ailə olmaqla, 36 nəfərə qucaq açıb.
İlaxır çərşənbədə yurda qədəm qoyan ailələr üçün ikiqat bayram sevinci olub. Yeni köçən ailələr həm yurda qovuşmağın, həm də bayramın sevincini yaşayıblar.
Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 35 mənzil verildi
İKTA internet provayderlərinin fevral üzrə internet sürət göstəricilərini dərc edib