Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.
“İki sahil” xəbər verir ki, kollegiya sədri istilik təchizatı sahəsində həyata keçirilən ardıcıl inkişafı, aparılan genişmiqyaslı islahatları qeyd edib və qəbul edilən yeni qanunvericilik aktlarının sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
İclas zamanı “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı tapşırıqların icra vəziyyəti haqqında hesabat təqdim edilib, görüləcək işlər ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, 2025-ci il üzrə Energetika Nazirliyində icra intizamının vəziyyəti, aparılmış yoxlamaların nəticələri, vətəndaş müraciətlərinə baxılması haqqında təqdimat olub. Təqdimat zamanı qeyd edilən istiqamətlərdə əldə edilmiş müsbət nəticələr vurğulanıb.
İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.