Otaqdan qorxulu səslər gəlir... - Naməlum məxluqların yaşadığı ev
Bu hadisə İtaliyada baş verib. Baskes Ayola adlı gənc iki dostu ilə hüquqşünaslıq oxumaq üçün Boloniya şəhərinə gəlirlər. Yaşamaq üçün özlərinə münasib ev tapa bilmədikdə, şəhər kənarında yerləşən iri evi kirayəliyirlər.
Boloniyalılar bu evdə yaşamaqdan imtina etmişdilər. Səbəb kimi isə gecələr naməlum məxluqların həmin evdə yaşayanları narahat etməsi göstərilirdi. Lakin gənclər eşidənləri gülüşlə qarşılayırlar və həmin evdə yaşamağa başlayırlar. Hər şey öz yolu ilə gedir. Lakin bir ay sonra Ayolanın yatdığı otağda qəribə səslər gəlməyə başlayır. Səslər yaxınlaşdıqca qorxulu olmağa başlayırlar. Ayola əlinə bıçaq götürərək, qapı arxasında gizlənir. Qapı açıldıqda arxasında nəsə görünməyə başlayır. Ayola məxluqu görsə də, dostları onu görə bilmirlər. Ayola sanki dəli olmuşdu. Dostları heyrətlə baş verənləri seyr edirdilər. Ayola evdən çıxaraq məxluqun dalınca gedir. Həyətdə bir ağacın yanında dayanır. Gzli məxluqla Ayola arasında baş tutan söhbət tarixin ən sirrli və paranormal hadisələrindən sayılı.