Qəbul zamanı sahibkarların biznes fəaliyyəti ilə bağlı müxtəlif məsələlər üzrə müraciətləri cavablandırılıb.
“İki sahil” xəbər verir ki, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarların onlayn qəbulu keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş qəbul zamanı Agentliyin İdarə Heyəti sədrinin müavini Emil Hüseynli və KOBİA-nın müvafiq struktur bölmələrinin nümayəndələri sahibkarları dövlətin dəstək alətləri, o cümlədən bölgə üzrə vergi güzəştləri və azadolmalar, regionun biznes potensialı, Agentliyin dəstək alətləri barədə məlumatlandırıblar. Həmçinin qəbul zamanı sahibkarların özünüməşğulluq proqramı, logistika, sahibkarlığın inkişafına dəstək mexanizmləri barədə sualları cavablandırılıb.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilər üzrə KOBİA-nın beş ünvanda xidmət infrastrukturu fəaliyyət göstərir və sahibkarlar, eləcə də biznesə başlamaq istəyən şəxslər bu imkandan faydalana bilərlər.
Qəbul zamanı sahibkarların qaldırdığı bəzi məsələlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla birgə araşdırılacaqdır.
Tərtərdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 25 mənzil verildi
Milli Məclisin deputatı Fazil Mustafa “Erkən kəsimə son” təşəbbüsünə qoşulub - Video