18 mart 2026 19:37
99

FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“İki sahil” xəbər verir ki, bu çərçivədə Agentlik Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təlimat xarakterli tədbirlər həyata keçirir.

Tədbirlərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş və tövsiyələr verilir. Bildirilir ki, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə sınaq işləri aparılmalı və gündəlik texniki baxış keçirilməlidir. Nəzarət tədbirləri çərçivəsində xüsusi vurğulanır ki, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə sınaq işləri aparılmalı və gündəlik texniki baxış keçirilməlidir.

Attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən attraksionların istismarı zamanı insanların həyat və sağlamlığının qorunması üçün təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi, tələb olunur.

Həmçinin, həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilir.