18 mart 2026 20:26
110

Bu ölkədə “Meta” platformalarında 1000-dən çox qanunsuz maliyyə reklamı tapılıb

“Meta” şirkəti Böyük Britaniyada qeyri-qanuni maliyyə reklamlarını dayandırmaq vədini yerinə yetirə bilməyib.

“İki sahil” yerli KİV-lərə istinadən xəbər verir ki, məlumata görə, ABŞ-nin texnologiya nəhəngi “Meta”nın platformalarında yüksəkriskli maliyyə məhsulları ilə bağlı qanunsuz reklamların yayımlanmasının qarşısını almaq öhdəliyinə baxmayaraq bu istiqamətdə ciddi pozuntulara yol verildiyi müəyyən edilib.

Araşdırmalara əsasən, bu reklamların 56 faizi daha əvvəl FCA tərəfindən “Meta”ya bildirilib, lakin buna baxmayaraq fəaliyyətini davam etdirən icazəsiz reklamverənlərə məxsus olub.