18 mart 2026 20:47
98

Media: Cey Di Vens yaxın günlərdə Macarıstana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə, parlament seçkiləri ərəfəsində Macarıstana səfər etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi ölkənin Baş naziri Viktor Orbana dəstək nümayiş etdirməkdir.

Mənbələr qeyd ediblər ki, rəsminin səfərinin dəqiq vaxtı hələlik məlum deyil və ABŞ-nin İrandakı hərbi əməliyyatı ilə əlaqədar vəziyyət dəyişə bilər.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.