2025-ci ildə Estoniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 14,985 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, investisiyaların həcmi il ərzində 122,82 dəfə və ya 14,863 milyon ABŞ dolları artıb.
Estoniyadan gələn investisiyaların Azərbaycana yatırılan ümumi birbaşa xarici investisiyaların həcmindəki payı 0,2 % təşkil edib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları təşkil edib (il ərzində 6,4 % azalıb), Azərbaycan isə xaricə 2,528 milyard dollar investisiya yatırıb (43,4 % artımla).