18 mart 2026 22:02
115

İspaniya İraqdan hərbi personalını təxliyə etməyə hazırlaşır

NATO-nun təhlükəsizlik səbəbləri ilə İraqdakı missiyasını yenidən təşkil etmək qərarından sonra İspaniya ölkədə yerləşdirilən hərbi personalını təxliyə etməyə və yenidən yerləşdirməyə hazırlaşır.

İki sahil” İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə istinadən xəbər verir ki, bunu müdafiə naziri Marqarita Robles deyib.

Robles bildirib ki, İspaniyanın İraqdakı mövcudluğu iki əsas səbəbə əsaslanır: "İŞİD-i məğlub etmək üçün yaradılan beynəlxalq koalisiya, İraqdakı NATO missiyası ilə İraq hakimiyyətinə təhlükəsizlik və müdafiə qurumlarının inkişafı, eləcə də gücləndirilməsi ilə bağlı məsləhət vermək".

Məhərrəm Ağalaroğlu, “İki sahil”