ABŞ Prezidenti Donald Tramp qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Sülh Şurasının növbəti iclasında və bu ilin sonunda Mayamidə keçiriləcək G20 sammitində iştirak etməyə dəvət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Akordadan bildirilib.
"ABŞ Prezidenti Donald Tramp dövlət başçısı Kasım-Jomart Tokayevə məktub ünvanlayıb. ABŞ lideri fevral ayında Vaşinqtonda keçirilmiş Sülh Şurasının ilk iclası çərçivəsində Qazaxıstan Prezidenti ilə görüşündən razılıqla bəhs edib. Birləşmiş Ştatlar Prezidenti vurğulayıb ki, dövlətimizin başçısını Sülh Şurasının növbəti iclasında və bu ilin sonunda Mayamidə keçiriləcək G20 sammitində yenidən salamlamaq fürsətini səbirsizliklə gözləyir", - məlumatda qeyd olunub.