21 mart 2026 00:02
98

Starmer bu icazə ilə britaniyalıların həyatını təhlükəyə atır

Britaniyalıların böyük əksəriyyəti İsrail və ABŞ-nin İrana qarşı müharibəsində iştirak etmək istəmir.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.

"Buna məhəl qoymayan cənab Starmer Britaniya bazalarının İrana qarşı təcavüz üçün istifadəsinə icazə verməklə britaniyalıların həyatını təhlükəyə atır".- Əraqçi bildirib.

O vurğulayıb ki, İran özünümüdafiə hüququndan istifadə edəcək.