21 mart 2026 15:33
104

ABŞ-da yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Nyu York və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlik "X"də məlumat yayıb.

Məlumata görə, 30-dan çox şəxs ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat hərəkətləri ilə bağlı müraciət edib.