21 mart 2026 19:00
116

İordaniya indiyədək 240 raket və PUA ilə hədəf alınıb

İordaniyanın hava hücumundan müdafiə sistemləri Yaxın Şərqdə hərbi əməliyyatların üçüncü həftəsində ölkəni hədəf alan İrana məxsus 35 raketi və pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bir raket hücumu hədəfə dəyib.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu məlumat İordaniya Silahlı Qüvvələrinin bəyanatında yer alır.

Qeyd olunur ki, müharibə başlanandan indiyədək ölkə, ümumilikdə, 240 raket və PUA ilə hədəf alınıb. Onlardan 222 raket və PUA səmada zərərsizləşdirilib. Hücumlar nəticəsində, ümumilikdə, 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.