21 mart 2026 20:28
106

Antiqua və Barbuda yaxınlığında zəlzələ baş verib

Antiqua və Barbuda ada dövləti yaxınlığında dənizdə 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Sent-Con şəhərindən 1826 km şimal-şərqdə, təxminən 24 200 nəfərin yaşadığı ərazidə yerləşib. Episentr 10 km dərinlikdə qeydə alınıb.

Tələfat və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.