Oğuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə martın 21-də, saat 19 radələrində rayonun Ərmənət kəndində qeydə alınıb.
Belə ki, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.