22 mart 2026 11:35
115

Sirkədən zəhərləndi, həyatını xilas etmək olmadı

Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb.

“İki sahil” xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.