Yaxın Şərqdəki müharibə təhlükəli bir mərhələyə çatıb: İranın Nətənz şəhərindəki zənginləşdirmə kompleksinə və nüvə obyektinin yerləşdiyi İsrailin Dimona şəhərinə zərbələr endirildiyi bildirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
O, agentliyin dünən İranın cənub-şərqində və İsrailin Dimona şəhərində baş verən hadisələri araşdırdığını bildirib.
"Obyektin xaricində hər hansı bir anormal və ya yüksək radiasiya səviyyəsi barədə məlumat verilməyib. Nüvə obyektlərinə edilən hücumlar ictimai səhiyyə və ətraf mühit təhlükəsizliyi üçün artan təhlükə yaradır".
Qebreyesus bildirib ki, hərbi əməliyyatların başlamasından bəri ÜST nüvə hadisəsi baş verərsə, ictimai səhiyyə təhdidlərinə effektiv şəkildə cavab vermələri üçün 13 ölkədəki işçilərinə və BMT işçilərinə mühüm təlimlər keçib:
"Bütün tərəfləri maksimum hərbi təmkin göstərməyə və nüvə insidentinə səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıram. Liderlər gərginliyin azaldılmasına və mülki əhalinin qorunmasına üstünlük verməlidirlər".