12 dekabr 2016 16:58
449

Diqqət: Bu üsulla evinizin istiliyini artıra bilərsiniz

Ustaların sözlərinə görə, qış rejiminə keçilməsi evinizin istiliyini daha da artıra bilər. Bəs qış rejiminə necə keçilməlidir?

Havaların soyuduğu bu günlərdə siz bu üsulla evinizi daha da isidə bilərsiniz. Əksər insanlar xəbərsiz olsa da, plastik pəncərələrin yay və qış rejimi funksiyası var.

Ustalar deyirlər ki, plastik pəncərələrin qış rejiminə keçirilməsi soyuq havalarda evin istiliyini 50% artıra bilər. Bunun üçün bu pəncərələrin daxilində olan boltları 90 dərəcə fırlatmaq kifayətdir.

Usta Hüseyn Tağızadə deyir ki, plastik pəncərə alarkən diqqətli olmaq lazımdır. Çünki əksər belə pəncərələrin rezinləri əllə taxılma olur. Bu isə, öz növbəsində, pəncərələrin daha tez sıradan çıxmasına və evin soyuq olmasına gətirib çıxarır.

Odur ki, siz də bu nüanslara diqqət etməklə evinizin istiliyini artıra bilərsiniz.

Xəzərxəbər