Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.
“İki sahil” xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib. Lakin o, ad açılqamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparırdı. Amma iddiaya görə, Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.
53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi kimi "Real"ı çalışdırıb.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib