23 mart 2026 16:55
107

Ötən gün qanunsuz saxlanılan 7 odlu silah aşkarlanıb

Ötən gün respublika ərazisində vətəndaşlar tərəfindən saxlanılan qanunsuz odlu silahlar aşkarlanıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 27 patron darağı, 23 mərmi və 2426 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.