24 mart 2026 16:12
126

Livan İranın Beyrutdakı səfirini ölkədən çıxarmaq qərarına gəlib

Livan hökuməti İranın Beyrutdakı səfiri Məhəmməd Rza Şeybanini ölkədən çıxarmaq qərarına gəlib və martın 29-dək ölkəni tərk etməsi zərurəti barədə onu məlumatlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Ynet" portalı Livan Xarici İşlər Nazirliyinin (XIN) rəsmi bəyanatına istinadən məlumat yayıb. Portal qeyd edir ki, bununla paralel olaraq, XİN Livanın İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu qərar İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) faktiki olaraq Livan ərazisindəki əməliyyatlara rəhbərlik etməkdə və Livan hökumətinin razılığı olmadan ölkəni dağıdıcı müharibəyə cəlb etməkdə günahlandıran Livanın Baş naziri Nəvaf Salamın kəskin tənqidinin ardınca qəbul edilib.