24 mart 2026 16:50
108

Məhəmməd Baqir Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib

Məhəmməd Baqir Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

“İki sahil” xəbər verir ki, "NourNews"a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya və informasiya şöbəsinin direktor müavini Seyid Mehdi Təbatəbai bildirib. Məlumata görə, o, əvvəllər Sepah komandirlərindən olub. Habelə Silahlı Qüvvələrin Baş Qərargahının Bəsic üzrə keçmiş müavini, 2012-2020-ci illərdə isə məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricani ABŞ və İsrailin fevralın 28-də başlatdıqları birgə əməliyyat nəticəsində martın 17-də səhər saatlarında öldürülüb.