24 mart 2026 18:33
117

BMT rəsmisi: Hörmüz boğazında baş verən pozuntular enerji təchizatını təhlükə altına alır

Hörmüz boğazının bağlanması Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali kimi aclıq və yoxsulluq problemi ilə üzləşən ölkələrdə vəziyyəti daha da ağırlaşdırır.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri Xorxe Moreyra da Silva bildirib. Qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artmasının nəticələri münaqişədən zərər çəkən ölkələrin hüdudlarını aşır. Belə ki, Hörmüz boğazının bağlanmasının ən ciddi təsirləri Asiya və Afrikadakı inkişaf etməkdə olan ölkələrdə də hiss olunacaq. BMT rəsmisinin sözlərinə görə, Hörmüz boğazında baş verən pozuntular enerji təchizatını təhlükə altına alır, bu isə gübrə bazarına təsir göstərərək ərzaq təhlükəsizliyini zəiflədir və aclıq problemi ilə daha çox üzləşən ölkələrdə vəziyyəti daha da pisləşdirir. Vurğulanıb ki, yaxın bir il ərzində dünyada aclıqdan əziyyət çəkən insanların sayı on milyonlarla arta bilər. Bundan başqa, Körfəz regionunda münaqişənin genişlənməsi maliyyə köçürmələrinə, xüsusilə Cənubi Asiyaya yönələn vəsaitlərə mənfi təsir göstərəcək.