24 mart 2026 19:44
100

Ukrayna hərbçiləri Minkovkanı Rusiya ordusundan təmizləməyi bacarıblar

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slovyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə “Skelya” alayı “Teleqram” səhifəsində məlumat yayıb. Məlumata görə, “Skelya” alayının hücum bölmələri sürətli və əlaqələndirilmiş əməliyyat keçirib və nəticədə Baxmut-Slovyansk magistral yolundakı əsas yaşayış məntəqəsi olan Minkovka təmizlənib.

Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.