25 mart 2026 16:43
110

Kolin Kazım İngiltərə klubuna rəhbərlik edəcək

Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərənin "Krouli Taun" komandasına rəhbərlik edəcək.

“İki sahil” xəbər verir ki, mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

O, bu təyinata qədər "Arsenal"ın gənclərdən ibarət komandasında məşqçi kimi fəaliyyət göstərib. Bu, 39 yaşlı sabiq futbolçunun baş məşqçi kimi ilk işi olacaq.

Qeyd edək ki, K.KRiçards karyerası ərzində Türkiyənin "Fənərbağça", "Qalatasaray", Niderlandın "Feyenoord" və Şotlandiyanın "Seltik" kimi klublarında forma geyinib. O, Türkiyə yığmasında 37 oyun keçirib. İngiltərənin səviyyəcə II Liqasında mübarizə aparan "Krouli Taun" 31 xalla 21-ci sırada qərarlaşıb.