25 mart 2026 20:04
109

"Qalatasaray" Lemina ilə bağlı qərar verib

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərar verib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini komandada saxlayacaq. "Sarı-qırmızılar" 32 yaşlı dayaq yarımmüdafiəçisinin sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, "Qalatasaray" Mario Leminanı 2025-ci ilin yayında "Vulverhempton"dan transfer edib.