25 mart 2026 20:55
97

Küveyt İranın iki dronla hava limanındakı yanacaq çəninə hücum etdiyini bildirib

İrandan atılan iki drondan sonra Küveyt Beynəlxalq Hava Limanında yanacaq çənində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin nümayəndəsi Səud əl-Ətvan deyib.

Onun sözlərinə görə, son 24 saat ərzində Küveyt hakimiyyəti 20 ballistik raket və 9 PUA-nın buraxılışını qeydə alıb. Hərbçilər 13 raket və 6 dron məhv ediblər ki, bunlardan ikisi beynəlxalq hava limanındakı yanacaq çənlərindən birinə dəyib.

Küveyt Yanğından Mühafizə Xidmətinin sözçüsü Məhəmməd əl-Qərib bildirib ki, ordu və Milli Qvardiya da daxil olmaqla bir neçə qurum yanğının söndürülməsində iştirak edir.