ABŞ prezidenti Donald Trampın administrasiyası müharibədən çıxış yollarını müzakirə etmək üçün bu həftəsonu İranla görüş planlaşdırır və bu görüşdə vitse-prezident Cey Di Vens şəxsən iştirak edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "CNN" ABŞ administrasiyasının iki rəsmisinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, danışıqların vaxtı, yeri və tərkibi müzakirə mövzusu olaraq qalır. Pakistanla yanaşı, Türkiyə də nəzərdən keçirilir və bəzi rəsmilər İslamabada mümkün səfərlə bağlı təhlükəsizlik narahatlıqlarını ifadə edirlər.
"CNN"in qeyd etdiyi kimi, hər iki ölkə mövcud diplomatik prosesdə vasitəçi kimi çıxış edib.
Tramp dünən Vensi, dövlət katibi Marko Rubionu, kürəkəni Cared Kuşneri və xüsusi elçi Stiv Uitkovu İran danışıqlarının iştirakçıları kimi təyin edib. Onların Vensi müşayiət edib-etməyəcəyi hələlik məlum deyil.