26 mart 2026 16:34
93

Cənubi Koreya ilk qırıcısını təqdim edib

Cənubi Koreyada yerli istehsal olan ilk qırıcısı - KF-21 qırıcı reaktiv döyüş təyyarəsinin ilk nümunəsi təqdim olunub.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Koreyanın ilk qırıcısı KF seriyasındandır, həmçinin “Boramae” (koreya dilindən tərcümədə “şahin”) adı ilə tanınır. İki yerlik təyyarədir və Seulun cənub-şərqində yerləşən Saçhon şəhərində “Korea Aerospace Industries” şirkətinin qərargahında keçirilən mərasimdə təqdim olunub.

Prezident Li Çje Men bildirib ki, bu qırıcı Cənubi Koreyanın suveren inkişaf və özünümüdafiə vasitələrinin yaradılmasına can atmasının rəmzidir və ölkəni müdafiə sənayesi sahəsində dünyanın aparıcı dörd dövləti sırasına çıxarmaq niyyətini vurğulayıb.