26 mart 2026 18:39
108

Ermənistan-Aİ sammiti mayın 4-5-də İrəvanda keçiriləcək

Birinci Ermənistan-Avropa İttifaqı (Aİ) sammiti 2026-cı il mayın 4-5-də İrəvanda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Sammitin keçirilməsi ilə əlaqədar Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistana səfər edəcəklər.

Bu tədbir ərəfəsində Koşta və fon der Lyayen həmçinin 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak edəcəklər.

"Ermənistan-Aİ sammiti ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, xüsusən də iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və insanlar arasında təmaslar sahələrinə həsr olunacaq. Tərəflər həmçinin Cənubi Qafqazda sülh, təhlükəsizlik, nəqliyyat infrastrukturu və rifahın təmin olunmasında əldə edilmiş irəliləyişi, eləcə də mövcud qlobal çağırışları müzakirə edəcəklər", - Ermənistan XİN vurğulayıb.