26 mart 2026 22:29
103

Hindistanda qəza 14 nəfərin həyatına son qoyub

Hindistanın Andhra-Pradeş ştatında sərnişin avtobusu yük maşını ilə toqquşub.

“İki sahil” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində 14 nəfər həlak olub, onların hamısı yanaraq ölüb.

Ştat baş nazirinin ofisi hadisəni təsdiqləyərək bildirib ki, “Harikrishna Travels” şirkətinə məxsus avtobus Nirmal şəhərindən Nellora istiqamətində hərəkət edirmiş.

Rayon rəhbəri Şri Nara Çandrababu Naydu hadisənin hərtərəfli araşdırılması ilə bağlı göstəriş verib.

Polis rəisi əlavə edib ki, yaralanan 23 nəfər dərhal xəstəxanaya çatdırılıb. Yük maşınının sürücüsü də müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə əməliyyatları başa çatıb.