Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Prezidentinin hərbi müşaviri, Xüsusi Hərbi Qərargahın rəisi ordu generalı Vensan Jiro, eləcə də Fransa müdafiə müəssisələrinin nümayəndələri ilə görüşüb.
“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşlər çərçivəsində hərbi sənaye sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Suren Papikyan və Vensan Jiro həmçinin beynəlxalq təhlükəsizlik sahəsində bir sıra məsələlərə toxunublar.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Fransada rəsmi səfərdədir.
Lavrov Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri təkzib edib
Rusiyanın İrana göndərdiyi humanitar yardım Azərbaycanın dövlət sərhədindən keçib - YENİLƏNİB