Sakit okeanın Yeni Qvineya adası sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri İndoneziyaya məxsus Cayapura şəhərindən 174 kilometr şimal-qərb istiqamətində, təkanların ocağı isə 63 kilometr dərinlikdə yerləşib.
İndiyədək hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb