27 mart 2026 18:19
101

BƏƏ bu gün 6 ballistik raketin və 17 PUA-nın hücumuna məruz qalıb

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana məxsus 6 ballistik raket və 17 pilotsuz uçuş aparatı ilə hədəf alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, indiyədək BƏƏ-yə 378 ballistik raket, 15 qanadlı raket və 1835 PUA atılıb. Bu hücumlar zamanı iki hərbçi və 8 mülki şəxs həlak olub, 171 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Nazirliyin yaydığı açıqlamada vurğulanıb ki, silahlı qüvvələr istənilən təhdidlə mübarizə aparmağa və ölkənin təhlükəsizliyini sarsıtmağa yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə almağa hazırdır.