İranın Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumları və hava zərbələri nəticəsində altı iranlı diplomatın öldürülməsini pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə İran XİN-ə istinadla "Tasnim" agentliyi məlumat yayıb.
"İsrail ordusu cinayət törədərək İran diplomatlarının iqamətgahına hücum edib, ölkəmizin Livandakı diplomatlarından olan Seyid Məhəmmədrza Musəvi, Əlirza Biyazar, Məcid Həsəni Kəndəsər, Hüseyn Əhmədlu, Əhməd Rəsuli və Əmir Muradını öldürüblər",- XİN-in bəyanatında deyilir.
XİN-dən o da bildirilib ki, diplomatların iqamətgahına hücum beynəlxalq hüquqa ziddir.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb