İsrail İranın iki ən böyük poladəritmə zavodu, elektrik stansiyası, mülki nüvə obyektləri, eləcə də digər infrastruktura zərbələr endirib.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"İsrailin ABŞ ilə koordinasiyalı şəkildə hərəkət etməsi barədə bəyanatı ABŞ Prezidenti tərəfindən diplomatik danışıqlar üçün uzadılmış müddətə ziddir",- o bildirib.
Əraqçinin sözlərinə görə, İran İsrailin cinayətlərinə görə yüksək bədəl tələb edəcək.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb