ABŞ və İran arasında əlaqələr Türkiyə ilə koordinasiya olunur və Pakistan vasitəsilə mesajlar mübadiləsi aparılır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalının efirində bildirib.
"Əlaqələr başlayıb, Pakistan vasitəsilə mesajlar göndərilir. Amerikalılar bunu bizimlə koordinasiya edirlər və müzakirələr aparılır", - o qeyd edib.
H.Fidanın sözlərinə görə, Türkiyə hər iki tərəflə əlaqə saxlayır və onların mövqelərini və gözləntilərini daha yaxşı başa düşməyə çalışır. (Report)
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb