28 mart 2026 09:30
109

KİV: ABŞ NATO ölkələri qarşısında müdafiə xərcləri ilə bağlı öhdəliklərinə yenidən baxa bilər

Tramp administrasiyası müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmayan NATO ölkələrini müdafiə etmək öhdəliklərindən imtina etməyi düşünür.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti mənbələrə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton bu ölkələrə kollektiv müdafiə haqqında 5-ci maddəni tətbiq etmək, onların alyansın qərarlarının qəbul olunmasında iştirakını məhdudlaşdırmaq və birgə təlimlərə buraxmaya bilər.

Bundan əlavə, Amerika qoşunlarının Almaniyadan çıxarılması variantı nəzərdən keçirilir.

Qeyd olunur ki, bu tədbirlərin müzakirələri müttəfiqlərin Hörmüz boğazında gəmiçiliyin qarşısını almaq üçün hərbi gəmilər göndərməkdən imtina etməsindən sonra başlayıb.

"Əgər özünüz ödəmirsinizsə, gələcək xərclərlə bağlı imkanlara səs verə bilməməlisiniz", - mənbə nəşrə bildirib.

Bununla yanaşı vurğulanır ki, təkliflər hələ Brüsseldəki NATO qərargahında rəsmi olaraq təqdim edilməyib.