28 mart 2026 11:40
104

Əvvəlcə Messi ilə rəqib oldular, sonra növbəsinə dayandılar - FOTO

Ötən gecə Argentina və Mavritaniya arasında yoldaşlıq görüşü keçirilib. 

“İki sahil” xəbər verir ki, matç argentinalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Oyundan sonrası maraqlı anlarla yadda qalıb. Belə ki, Mavritaniya futbolçuları Argentina yığmasının paltardəyişmə otağının önünə yığışıblar. 

Məqsəd isə rəqib komandanın ulduzu Lionel Messinin formasını almaq olub.