28 mart 2026 16:35
98

FİFA "Barselona"ya kompensasiya ödəyəcək

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) hücumçu Rafinyanın zədəsi üçün "Barselona"ya kompensasiya ödəməli olacaq.

“İki sahil” xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.

29 yaşlı futbolçunun sağalma müddəti Klub Müdafiəsi Proqramı çərçivəsində tələb olunan minimum 28 günü keçəcək.

Ötən gün Rafinyanın sağ bud əzələsindən zədə aldığını məlum olub. Onun ən az 5 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd olunub ki, əgər Rafinya beş həftədən sonra (28-29 aprel) meydana qayıtsa, Kataloniya klubu minimum 143.836 avro məbləğində kompensasiya alacaq. Bu məbləğ bu 5 həftədən sonra hər gün artacaq.