28 mart 2026 19:00
107

ABL: "Naxçıvan" səfərdə qələbə qazanıb

"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi səfərdə "Quba"nı məğlub edib – 103:96.

Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib.

"Naxçıvan" 36 xalla ikinci, "Quba" 27 xalla üçüncü pillədə qərarlaşıb.

Bu gün B qrupunda həmçinin "Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" görüşləri baş tutacaq.