28 mart 2026 23:23
89

"Sərhədçi" komandası "Sumqayıt"ı məğlub edib

"Sərhədçi" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda "Sumqayıt"ı məğlub edib .

“İki sahil” xəbər verir ki, B qrupunda yer alan komandaların dueli "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Görüş meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunun digər iki matçında "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65. "Quba" komandası isə Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.

Xal durumu: "Ordu" - 38, "Naxçıvan" - 36, "Sərhədçi" - 28, "Sumqayıt", 'Quba" - 27, "Lənkəran" - 24.